Yuxarı

Xaçmazda güclü yağış: 15 kənddə elektrik kəsildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xaçmazda güclü yağış: 15 kənddə elektrik kəsildi

Xaçmaz rayonunda yağan güclü yağış bir sıra fəsadlar törədib.

Axar.az Report-a istinadən xəbər verir ki, gecə saatlarından başlayaraq yağan yağış elektrik və içməli su təsərrüfatına ciddi zərər vurub.

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə Hallar Komissiyasının sədri Bəxtiyar Osmanov bildirib ki, gecə saatlarından etibarən rayonun 15-ə yaxın kəndində işıq kəsilib.

“Bəzi xətlərin köhnə olması səbəbindən hava dəyişən kimi qırılmalar, izolyasiya islanması və digər texniki problemlər səbəbindən açılmalar baş verir. Hazırda "Azərişıq "ASC-nin Xaçmaz rayon şöbəsinin qəza briqadaları təbii hadisələrin vurduğu ziyanın aradan qaldırılması istiqamətində işləri davam etdirir. Bəzi kəndlərdə elektrik enerjisi təchizatı təmin olunub", - o qeyd edib.

Xaçmaz Rayon Elektrik Şəbəkəsinin baş mühəndisi Adil İbrahimov isə elektrik enerjisinin təchizatında heç bir problem yaşanmadığını, bir neçə xətdə açılma olsa da, məsələnin aradan qaldırıldığını vurğulayıb.

Tarix
2021.07.28 / 19:31
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla