Yuxarı

Müəllimlərin işə qəbulu üçün test tapşırıqları çətindir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müəllimlərin işə qəbulu üçün test tapşırıqları çətindir?

Təhsil İnstitutu müəllimlərin işə qəbulu imtahanlarında namizədlərin test tapşırıqlarının çətinliyi ilə bağlı səsləndirdiyi narazılıqlara aydınlıq gətirib.

Axar.az xəbər verir ki, institutun mərkəz rəhbəri Nəzakət Mehdiyeva müəllim olmaq istəyən namizədlərin əsas narazılıqlarının ildən-ilə sualların çətinləşməsi bağlı olduğunu deyib.

“Bizi düşündürən əsas məsələ müəllim olaq istəyənlər üçün sualların çətinləşməsi yox, illər uzunu aparılan təhlillər nəticəsində gəlinən qənatdir. Bu da ondan ibarətdir ki, məktəbə hansı müəllim, yəni hansı öyrənmə prosesini tətbiq edən təhsilverən lazımdır. Dünya standartlarına yaxınlaşırıq və bu prosesə də addım-addım getmək labüddür. Bir faktı xatırladım ki, 2018-ci ildə keçirilən buraxılış imtahanında abituriyentlər sualların çətinliyindən ciddi narahatlıq keçirmişdilər. Halbuki hamı Dövlət İmtahan Mərkəzinə qarşı çıxmışdı. Bir neçə aydan sonra hamı sakitləşdi. Təhsil Nazirliyi mütəxəssislərini cəlb edərək araşdırmalara başladı. Sonra izah verildi ki, suallar yeni tədris proqramları (kurikulum) əsasında hazırlanmışdı”, - o bildirib.

N.Mehdiyeva qeyd edib ki, aparılan təhlillər nəticəsində müəllimlərin son 10 ildə bilik vermək bacarığının müasir tələblərə bir o qədər cavab vermədiyi məlum olub:

“Son 3 ildə müəllimlərin ixtisasartırma təlimlərində istifadə olunan tədris proqramlarında təkmilləşdirmələr aparıldı və dövrün tələblərinə uyğunlaşdırıldı. Demirəm ki, bütün müəllimlər yeni proqramı öyrənir. Amma böyük əksəriyyət bunun üçün çalışır. Arzu edərdim ki, namizədlərimiz yeni öyrənmə prosesinə qoşulsunlar”.

Tarix
2021.07.29 / 13:05
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla