Yuxarı

Korona pasportunu rüşvətlə almaq istəyənlərə - Xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Korona pasportunu rüşvətlə almaq istəyənlərə - Xəbərdarlıq

Vaksinasiya prosesində neqativ hallara yol verilir.

Axar.az xəbər verir ki, bununla bağlı "ASAN radio”ya bir neçə fakt daxil olub. Bildirilir ki, vətəndaş tibb işçisinə müəyyən ödəniş müqabilində peyvənd sertifikatı ala bilir. Belə ki, guya vətəndaş "prosesdə” iştirak edir, lakin peyvənd bədənə vurulmur.

Səhiyyə Nazirliyindən "ASAN radio”ya bildirilib ki, nəzarət kameraları, vətəndaş şikayətləri və bənzər müraciətlər nəzərə alınaraq vaksinasiya prosesinin şəffaflığı daimi diqqətdə saxlanılır.

"Bir daha xəbərdarlıq edilir ki, hüquq pozuntusuna yol verən tibb işçiləri haqqında müvafiq tədbirlər görüləcək.

Azərbaycanda rüşvət almaq kimi rüşvət vermək də cinayətdir. Bu səbəbdən baş vermiş neqativ hallarda hər iki tərəf məsuliyyət daşıyır. Vətəndaşlardan xahiş olunur ki, şahid olduqları neqativ hallarla bağlı səhiyyə qurumlarına və hüquq mühafizə orqanlarına məlumat versinlər”, - deyə nazirlikdən bildirilib.

Tarix
2021.07.29 / 15:13
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Laosun yeni səfirini qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Yeni ombudsman bu gün seçiləcək

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla