Yuxarı

Qabiliyyət imtahanlarında iştirak etmək istəyənlərin nəzərinə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qabiliyyət imtahanlarında iştirak etmək istəyənlərin nəzərinə

2021/2022-ci tədris ili üçün musiqi sənəti istiqaməti üzrə keçiriləcək xüsusi qabiliyyət imtahanlarında konsertmeysterlərin iştirakının imtahan qaydalarına uyğun şəkildə təşkil edilməsi məqsədilə xüsusi proqram təminatı işlənib hazırlanıb.

Dövlət İmtahan Mərkəzindən Axar.az-a bildirilib ki, musiqi sənəti üzrə xüsusi qabiliyyət imtahanlarında fərdi konsertmeyster kimi iştirak edən musiqiçilər iyulun 30-dan etibarən https://eservices.dim.gov.az/wpfqab/ linki vasitəsilə qeydiyyatdan keçib, konsertmeysterin buraxılış vərəqəsini çap edib götürərək imtahan binasına gəlməlidirlər. Bir konsertmeyster bir gün ərzində maksimum altı abituriyenti müşayiət edə bilər. Konsertmeysterlər ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən aşağıdakı ixtisasları üzrə keçirilən imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.

Konsertmeysterlər əvvəlcə https://ekabinet.dim.gov.az// bu linkə daxil olub şəxsi kabinet açmalıdırlar. Şəxsi kabinet açdıqdan sonra https://eservices.dim.gov.az/wpfqab/ daxil olub şəxsi kabinetin istifadəçi adı və parolu daxil etməklə konsertmeysterlərin qeydiyyat sisteminə daxil olmalıdırlar. Sistemə daxil olduqdan sonra “əlavə et” düyməsinə basmaqla açılan pəncərədə konsertmeysteri olduğu abituriyentin iş nömrəsini daxil edib “Axtar” düyməsini basmaq lazımdır. Abituriyentin məlumatları yükləndikdən sonra “Yadda saxla” düyməsini basıb məlumatları yadda saxlamaq lazımdır.

Tarix
2021.07.30 / 18:43
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla