Yuxarı

Xanhüseyn Kazımlının sürücüsü azyaşlı qızı döydü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xanhüseyn Kazımlının sürücüsü azyaşlı qızı döydü

Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) sədri, keçmiş deputat Xanhüseyn Kazımlının sürücüsü azyaşlı qıza xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Axar.az-a bildirilib ki, hadisə iyulun 29-da axşam saatlarında paytaxt ərazisində qeydə alınıb.

Qeyd edilib ki, sürücü Məmmədov Samir Həsən oğlu idarə etdiyi “Renc Rover” markalı avtomobilə piyada qismində yaxınlaşan azyaşlı qıza zor tətbiq edib:

“Hadisədən əvvəl avtomobildə sərnişin qismində olan şəxs həmin azyaşlı ilə mübahisə edib. Daha sonra sürücü maşından düşərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib”.

Bildirilib ki, hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsində təhqiqat aparılır.

Xatırladaq ki, hadisə baş verən zaman sabiq deputat X.Kazımlının özü avtomobildə olub.

Tarix
2021.07.31 / 10:52
Müəllif
Axar.az
Digər xəbərlər

Bunu etməsək, Bakı sülh sazişini imzalamayacaq

30 yaşında deputat, 35 yaşında nazir oldu

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla