Yuxarı

ADU-da Pakistan Mədəniyyət Mərkəzi açıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADU-da Pakistan Mədəniyyət Mərkəzi açıldı - Foto

Bu gün Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub.

Axar.az xəbər verir ki, mərasimdə Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri Əsəd Qeysər, Pakistanın Azərbaycandakı səfiri Bilal Haye, Azərbaycanın millət vəkilləri və digər dövlət rəsmiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ADU-nun rektoru, akademik Kamal Abdulla 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında olan qardaş ölkə Pakistana təşəkkürünü bildirib.

Rektor qeyd edib ki, ADU-da Pakistan mərkəzinin açılması azərbaycanlı gənclərin bu ölkənin mədəniyyətini, dilini və adət-ənənələrini öyrənməkdə, Pakistanla humanitar əlaqələrin genişləndirilməsində mühüm rol oynayacaq. Kamal Abdulla deyib ki, Pakistan Dillər Universitetidə Azərbaycanın Mədəniyyət Mərkəzinin açılması istiqamətində Pakistan səfirliyi ilə işlər başladılıb.

Əsəd Qeysər də öz növbəsində Pakistana olan diqqət və qayğıya görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib. Azərbaycanlı tələbələrin Pakistana və digər xarici ölkələrə səfər etməsinə şərait yaradacağını qeyd edib. Spiker vurğulayıb ki, tələbə-müəllim mübadiləsi istiqamətində tədris proqramlarının icrası Pakistanla Azərbaycan arasında mədəni əlaqələrin gücləndirilməsində mühüm əhəmiyyət kəsb edir.

Tədbirin davamında Pakistanın turistik məkanlarına, mədəniyyət mərkəzlərinə aid görüntüləri əks etdirən videoçarx nümayiş etdirilib.

Tarix
2021.07.31 / 12:32
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Başkənd məsələsindən imtina edə bilmərik - Paşinyan

TRİPP İran üçün yeni imkanlar açacaq - Paşinyan

Rusiyanın 14 gəmisinə zərbə endirildi

Bu gün onların peşə bayramıdır - Tarix təsadüf seçilməyib

Hörmüzdən yan keçən layihə - İran məhv edilir

İran nə etdi ki, ABŞ zərbələrə başladı? - Mühüm

İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş?

XİN başçısından TRİPP-lə bağlı açıqlama

NATO-nun Ankara Zirvəsi Bakıya nə qazandırdı? - General

Berdiməhəmmədov azərbaycanlı nazirlə görüşdü

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla