Yuxarı

20 QHT birgə aksiyalar keçirdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
20 QHT birgə aksiyalar keçirdi - Foto

30 iyul 2021-ci ildə saat 12.00-da sosial şəbəkələrdə 20 yaxın təşkilat eyni vaxtda #Nochildlabour #Uşaqəməyinəyox! #Notrafficking, #İnsanalverinəyox! həştəqlləri ilə əhalinin məlumatlandırma kampaniyası aparıb.

Axar.az xəbər verir ki, kampaniya 30 İyul - İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı təşkil edilib.

Eyni zamanda İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Günü QHT nümayəndələrinin iştirakı ilə Bakı və bölgələrdə keçirilən məlumatlandırma aksiyası, dəyirmi masalar, televizya verilişləri, mətbuatda yazılar, sərgilər və sairə formatlarda qeyd olunub. 100 minə yaxın şəxs bu tədbirlərdən bəhrələnib. Bununa yanaşı, “XXI Əsrin Qadınları”, “Təmiz Dünya” Qadınlara Yardım və “Polisə Dəstək” İctimai Birliyi tərəfindən könüllü məlumatlandrma kampaniyası çərçivəsində Bakı metroları ətrafında əhaliyə 1000-dən çox maarifləndirici bukletlər paylanıb.

Azərbaycan Uşaqları İctimai Birliyinin təşkilatçılığı, Daxili İşlər Nazirliyi, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin, Lu-Mun Holdinq, “ASAN Könüllüləri” təşkilatı və Xətai Sənət Mərkəzinin dəstəyi ilə iyulun 30-da “İkinci nəfəs” adlı sərgi keçirilib.

Ümidli Gələcək Sosial Təşəbbüslər İB-nin potensial insan alveri qurbanlarının fərdi yaradıcılıq və əl qabiliyyətlərinin inkişaf etdirilməsi, həmçinin tullantılardan düzgün istifadə olunması, onların yararlı hala gətirilməsi məqsədi ilə təşkil etdiyi sərgidə Azərbaycan milli atributlarını, toxuma nümunələrini özündə əks etdirən əl işləri, Şuşa şəhərinin, Xüdafərin körpüsünün maketi və s. nümayiş edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyilə və Ümidli Gələcək STİB-nin əməkdaşlığı ilə insan alveri problemlərini yaradan hüquqi, sosial, iqtisadi, psixoloji səbəblərin öyrənilməsi və təhlili məqsədilə Bakıda Uşaq və Ailələrə Dəstək Mərkəzində pedaqoq, psixoloq və sosial işçilərin, ailələrin iştirakı ilə görüş təşkil edilib.

İnsan Alverinə Qarşı Mübarizə İctimai Birliyin üzvləri və könüllüləri Yasamal rayonu ərazisində, xüsusən də “İnşaatçılar” metrosu ətrafında bukletlər və broşürlər paylayıblar. Eyni zamanda sosial şəbəkələrdə razılaşdırılmış həştəqlərlə paylaşımlar edilib.

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İB verilişlər hazırlayb, ASAN Xidmətin könüllülərinə silsilə seminarlar keçib.

Şirvan Regional QHT-lərin Resurs və Təlim Mərkəzi Şirvan şəhəri ərazisində, Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İB Quba rayonu, Zərdabi qəsəbəsindəki internat məktəbində, Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İB Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində insan alverinə qarşı mübarizə məqsədilə maarifləndirmə işləri aparıb və iştirakçılara bukletlər paylanıb. "Hüquqi Yardım” İB Lənkəranda yerli əhali üçün məlumatlandırma sessiyası təşkil edib və sakinlərə maarifləndirici bukletlər verib.

Sağlam İnkişaf və Maarifləndirmə İB sosial şəbəkələrdəki məcburi köçkün qruplarında buklet, broşür paylayaraq həştəqlər tərtib edib.

Azərbaycan Demokratik Jurnalistlət Liqası İB Sumqayıt şəhərində keçmiş məcburi köçkün qızlarına və qadınlarına treninqlər keçib, insan alverində hədəfə çevrilməmək üçün mübarizə üsullarını iştirakçıların diqqətinə çatdırıb.

Tarix
2021.07.31 / 15:41
Müəllif
Axar.az
Digər xəbərlər

Bakının işğaldan azad edilməsi: XİN paylaşım etdi

Mask dəstəklədi, amma bunu yavaşlatmaq mümkün deyil!

ABŞ və Rusiya bu ölkədə savaşa girir - Ekspertdən sensasiya

Hikmət Hacıyev Fərhad Pirinççi ilə görüşdü

Tarixi foto: Kozinoğlu Elçibəylə birgə... - Foto

Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla