Yuxarı

Bu gün Bakıda 546 küçə dezinfeksiya edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gün Bakıda 546 küçə dezinfeksiya edildi

Bu gün paytaxtda geniş daxili iməclik və gücləndirilmiş dezinfeksiya tədbirləri keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Axar.az-a bildirilib ki, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən həyata keçirilən işlər zamanı 546 küçə dezinfeksiya olunub.

Eyni zamanda prospekt və küçələrin, səkilərin kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, məhəccərlərin, vitrin və reklam lövhələrinin, ağac və yaşıllıq zolaqlarının yuyulması həyata keçirilib, sınmış ağaclar budanıb, digər lazımı işlər həyata keçirilib.

Həmçinin, Bakı Şəhər İcra Hakimiyyətinin müraciətinə cavab olaraq fərdi sahibkarlar və özəl sektor nümayəndələri tərəfindən çalışdıqları mağaza, ictimai iaşə və digər obyektlərin fasadları, vitrinləri yuyulub və obyektlərin qarşısı təmizlənib.

Tarix
2021.07.31 / 17:49
Müəllif
Axar.az
Digər xəbərlər

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla