Yuxarı

Gəncədə 20 manata "patı" satan şəxs tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyul ayının 30-da Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Ceyhun Abdullayev narkotik maddə olan “patı”nı tanışı Əli adlı şəxsdən 20 manata aldığını bildirib. Polis əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nticəsində Əli adlı şəxsin kimliyi və yeri müəyyən edilərək ŞBPİ-nə gətirilib.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini Əli Babazadənin üzərinə baxış keçirilən zaman narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxs narkoti maddəni tanışı Ceyhun Abdullayevə 20 manata satdığını etiraf edib.

Bundan başqa ŞBPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının da keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə olan “metamfetamin” əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Nadir Nağızadə saxlanılıb.

Saxlanılan şəxs ifadəsində narkotik maddəni şəxsi istifadə üçün əldə etdiyini etiraf edib.

Aşkar edilən faktlara üzrə Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Tarix
2021.08.03 / 12:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla