Yuxarı

Bakıda tiryəkxana aşkarlandı: 5 nəfər saxlanıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda tiryəkxana aşkarlandı: 5 nəfər saxlanıldı - Video

Suraxanı rayonu Bülbülə qəsəbəsində narkotik vasitələrin qəbul edildiyi tiryəkxana aşkar edilib.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin və 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri zamanı müəyyən edilib ki, qəsəbə ərazisində yerləşən həmin ünvanda narkotik vasitələrin qəbulu və satışı təşkil edilir.

Tədbir zamanı orada narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Suraxanı rayon sakinləri Tərlan Əsmətov, Rəhman Əliyev, Baloğlan Mehtiyev, Ruslan Doçenko və Xəlil Kavadze saxlanılıblar. Onların üzərlərinə baxış zamanı ümumilikdə 10 qrama yaxın heroin aşkar edilib. Saxlanılan şəxslər ifadələrində Bülbülə və Əmircan qəsəbələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildiriblər.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər istintaqa cəlb olunublar. Narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılması istiqamətində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

Tarix
2021.08.03 / 18:15
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla