Yuxarı

Dünya azərbaycanlılarından Türkiyəyə həmrəylik nümayişi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya azərbaycanlılarından Türkiyəyə həmrəylik nümayişi

Məlumdur ki, Türkiyə Respublikasının müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları çoxlu fəsadlar törətməklə fauna və floranı məhv edib. Təbii ki, bu hadisə dünya azərbaycanlılarını, xaricdə yaşayan soydaşlarımızı və həmvətənlərimizi də son dərəcə kədərləndirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a verilən məlumata görə, güclü Türkiyə dövləti bu fəlakətin öhdəsindən tezliklə gələcəkdir: "Lakin Azərbaycan diasporu hər bir məsələdə olduğu kimi, belə bir vəziyyətdə də ortaq dəyərlərə - milli-mənəvi irsə, dilə, tarixə, mədəniyyətə, adət-ənənələrə malik ölkə, xalq - Türk diasporu ilə birlik və həmrəyliyini göstərməkdə israrlıdır. Qardaş Türkiyənin füsunkar təbiətini əvvəlki görkəminə qaytarmaq üçün mütəşəkkilliklə dəstək nümayiş etdirir.

Bu xüsusda, dünya azərbaycanlıları doğma Türkiyəmizin “yaşıl donu”nun yenidən bərpa edilməsi məqsədi ilə “hərəmiz bir fidan olaq” adlı kompaniyaya start vermişdir.
Bir sözlə, Azərbaycan diaspor təşkilatları və nümayəndələri, habelə Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor təmsilçiləri həmin kampaniyada yaxından iştirak etməklə bu bəşəri missiyaya öz töhfəsini vermiş olacaqdır.

Göründüyü kimi, bu addım ekoloji təmiz bir dünya üçün birik və həmrəyik örnəyidir".

Tarix
2021.08.04 / 01:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev üç rayona başçılar təyin etdi

Kərki Azərbaycana qaytarılır - Müzakirələr qızışır

Pakistanda azərbaycanlı qadına təcavüz edildi

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla