Yuxarı

Türkiyəyə gedənlər, təşvişə düşməyin! - Agentlik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 6 ayda Azərbaycandan xarici ölkələrə səyahət edən turistlərin ümumi sayı 297 min nəfərdir. Bu isə pandemiyadan əvvəlki dövrdə 1 ay ərzindəki səyahət sayına bərabərdir. 6 ayda xaricə üz tutanların 118 mini Türkiyəyə gedənlərdir.

Axar.az xəbər verir ki, barədə xarici turlar üzrə mütəxəssis Elnarə Fərzəliyeva danışıb.

“Tursitlərin Türkiyəyə üz tutma səbəbi burada karantin qaydalarının digər ölkələrə nisbətən rahat olmasındadır. İkinci ən çox turist axını Dubaya, üçüncü Misirədir. Burada da karantin şərtləri digər yerlərə nisbətən turistlər üçün əlverişlidir”, - mütəxəssis deyib.

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə isə bildirib ki, son günlər Türkiyədə baş verən yanğınlarla əlaqədar turistlərin gedişində bir sıra problemlər yaranıb:

“Bir sıra vətəndaşlarımızın aldıqları paketlər Türkiyədəki yanğın olan bölgələrə aiddir. Onlar səfər etməkdən çəkinirlər. Bununla bağlı olaraq turizm şirkətləri ilə əlaqə saxlayırıq. Türkiyəyə səyahət edənlərin təşvişə düşməsinə heç bir əsas yoxdur. Agentlik və müxtəlif turizm şirkətləri müştərilərə təqdim etdikləri paketlərin vaxtını dəyişirlər. Bu günlərdə Türkiyəyə gedənlərlə müntəzəm şəkildə əlaqə qurmağa çalışırıq”.

Tarix
2021.08.04 / 15:45
Müəllif
Aytəkin Qardaşova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla