Yuxarı

Canlı yayımda damarlarını kəsən qazi xilas edildi - DİN

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Canlı yayımda damarlarını kəsən qazi xilas edildi - DİN

Canlı yayında intihara cəhd edən qazi Bəhram Nuriyev xəstəxanaya yerləşdirilib.

Axar.az xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Musavat.com-a açıqlamasında deyib.

Elşad Hacıyev bildirib ki, hadisə barədə məlumat əldə etdikdən dərhal sonra həyata keçirilən təxirəsalınmaz tədbirlər çərçivəsində Bəhram Nuriyevin yeri müəyyən edilib.

DİN rəsmisi bildirib ki, B.Nuriyev polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, B.Nuriyev bir neçə dəqiqə əvvəl özünün Feysbuk səhifəsindən açdığı canlı yayımda damarlarını kəsib. O, səhhətində yaranan problemlə bağlı aidiyyəti qurumların doğru rəy vermədiyini, psixiatriya xəstəxanasına yerləşdirilməsi ilə bağlı qərarın ədalətsizlik olduğunu bildirib.

Tarix
2021.08.04 / 22:57
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Simonyanın Qarabağla bağlı sözlərinə cavab

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla