Yuxarı

Diqqət: Sizi sosial yardım adı ilə aldada bilərlər - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Diqqət: Sizi sosial yardım adı ilə aldada bilərlər - Video

İnstaqramda "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Hər səhifədə isə fərqli qiymət oxunur. Bu azmış kimi səhifədə sual ünvanlayan vətəndaşlara qeyri-etik cavablar da verirlər.

Prosesin necə aparıldığını, hansı şərtlərlə yardım etdiklərini öyrənmək üçün biz də bu səhifələrdən bir neçəsi ilə əlaqə saxladıq. Daha dogrusu, İnstaqram səhifələrində heç bir əlaqə nömrəsi olmadığı üçün sadəcə olaraq yaza bildik. Təəssüf ki, müraciətimizə cavab verən olmadı.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin rəhbəri Rəşad Mehdili “Xəzər Xəbər”ə açıqlamasında bu elanların kiminsə aztəminatlı ailələrin üzvlərini onların inamından və məlumatsızlığından sui-istifadə edərək aldatmağa, dələduzluq yolu ilə qazanc əldə etməsi məqsədinə xidmət etdiyini bildirib.

Elan sahiblərinə isə bu səhifələrin ləğv edilməsi barədə xəbərdarlıq edilib. Səhifələr silinməzsə, hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Onu da qeyd edək ki, ünvanlı sosial yardım almaq istəyən vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun rəsmi internet səhifəsinə və Feysbuk, İnstaqram, Tvitter kimi sosial şəbəkələrdəki ünvanlarına müraciət edə bilərlər.

Tarix
2021.09.13 / 09:33
Müəllif
Axar.az
Digər xəbərlər

Nəsimi Musayev heç kimi öldürmək istəməyib - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla