Yuxarı

Bilgəhlilər yolu bağladı: hansı tədbir görüləcək?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bilgəhlilər yolu bağladı: hansı tədbir görüləcək?

Bilgəh yolunda piyadaların vurulması çox ciddi narahatlıq doğurur. Ərazidə yerüstü piyada keçidi var. Lakin etiraf edək ki, orada yaşayan sakinlər üçün həmin piyada keçidi uzaqdır.

Bu sözləri Axar.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov ötən gün Bilgəh sakinlərinin təhlükəli olduğu üçün ərazidən keçən yolda sürət həddinin endirilməsi tələbilə aksiya keçirmələrinə münasibət bildirərkən deyib.

“Həmin ərazidə yeraltı və yerüstü piyada keçidinin inşa edilməsi ilə bağlı məsələ qaldırmışıq. Lakin çətin olsa da, məsələ həllini tapana qədər Bilgəh sakinləri təhlükəsizlik üçün hazırkı piyada keçidindən istifadə etməlidirlər. Sakinlərə müraciət edirik ki, təhlükəsizliklərini qorumağa çalışsınlar. Yolu keçərkən ehtiyatlı olsunlar. Yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin qarşısından qaçaraq keçib sürücünü çaşdırmasınlar. Sürücülərə isə bildiririk ki, Hava Limanı istiqamətindən Mərdəkan-Buzovna istiqamətinə gedərkən sürət həddini minimuma endirsinlər. Son günlər paytaxt ərazisində piyadaların vurulması halı qəzaların 54,6%-ni təşkil edir. Bu, çox ciddi narahatlıq yaradır”, - Vaqif Əsədov bildirib.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, Bilgəh magistral yolunda və digər sürət həddi yüksək olan yollarda sürət həddinin endirilməsi barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə təklif verilib. Bilgəh magistral yolunda piyada keçidinin inşası ilə bağlı isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət olunub.

Qeyd edək ki, ötən gün Bilgəh sakinləri Bilgəh magistral yolunda sürət həddinin endirilməsi tələbi ilə yolu bağlamışdılar.

Tarix
2021.09.13 / 12:42
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla