Yuxarı

Bu qəzaya polis səbəb olub? - Rəsmi açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu qəzaya polis səbəb olub? - Rəsmi açıqlama

Bəzi xəbər saytlarında Şəki-Qax avtomobil yolunda VAZ-2107 markalı nəqliyyat vasitəsinin Yol Patrul Xidməti avtomobilinin təqib etməsi səbəbindən qəzaya düşməsi barədə səsləndirilən iddialar həqiqəti əks etdirmir.

Axar.az xəbə verir ki, bunu Report-a DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov deyib.

O bildirib ki, fevralın 6-sı səhər saatlarında xidmətdə olan Yol Patrul Xidmətinin inspektorları Şəki-Qax avtomobil yolunun 13-cü kilometrliyindən keçərkən VAZ-2107 markalı avtomobilin qəzaya düşməsi nəticəsində sürücü və sərnişinin aldıqları xəsarətlərdən hadisə yerində öldüyünü aşkar ediblər.

"Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin olunub. Ölən şəxslərin sürücü Elvin Musayev və sərnişin Daşqın Mustafayev olduqları müəyyən edilib.Araşdırma zamanı sürücü Elvin Musayevin idarəetməni itirməsi nəticəsində avtomobilin yoldan çıxaraq aşdığı məlum olub. Hadisədə sürücünün də ölməsi səbəbindən başlanmış cinayət işinə xitam verilib", - M.Məsimov bildirib.

Tarix
2021.09.13 / 15:12
Müəllif
Axar.az
Digər xəbərlər

İsrail “soyqırım” səsverməsini Bakının təzyiqi ilə dayandırıb

Rusiyaya cavab: 3 baza, 3 tanker... - Zelenski elan etdi

Rusiya Kiyevdəki Azərbaycan səfirliyini vurdu - Foto

Həlak olan hərbçimizlə bağlı yayılan video…

Naxçıvanın keçmiş rəhbərindən şok: Parlamentdə şortla...

Xəzər geri çəkilir: Azərbaycanı gözləyən 10 böyük təhlükə

Şövkət Mirziyayev Mikayıl Cabbarovu qəbul etdi

Mustafayevlə Overçuk sentyabrda görüşəcək

Vətən müharibəsi yeni reallıqlar yaradıb - Bayramov

Azərbaycan və Rusiya arasında sənəd imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla