Yuxarı

İƏT Şuşada monitorinq keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İƏT Şuşada monitorinq keçirdi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti ilə ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) prezidentinin rəhbərlik etdiyi və Assosiasiyanın Baş katibi müşavirinin iştirakı ilə nümayəndə heyəti Şuşaya səfər edib. Nümayəndə heyətinin faktaraşdırıcı missiyasının əsas məqsədi Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşada sosial obyektlər, mədəni-tarixi abidələrə qarşı törədilmiş vandalizm hallarının monitorinqini aparmaqdır.

Axar.az xəbər verir ki, Azərbaycan mədəniyyətinin dahi simaları - Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəllərini, eyni zamanda, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət edən nümayəndə heyətinin üzvləri Şuşada monitorinq keçiriblər. Onlar Ermənistanın 30 ildən artıq Azərbaycana qarşı yürütdüyü təcavüzkarlıq, işğalçılıq və terrorçuluq siyasəti dövründə mədəni-tarixi abidələrə qarşı törədilmiş vandalizm halları ilə bağlı yerində araşdırma aparıblar.

Şuşada həyata keçirilən monitorinq zamanı əldə edilmiş nəticələr əsasında hesabat hazırlanaraq beynəlxalq təşkilatlara göndəriləcək.

Tarix
2021.09.16 / 20:37
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla