Yuxarı

ABŞ polisi bu azərbaycanlını mükafatlandırdı - Səbəb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ polisi bu azərbaycanlını mükafatlandırdı - Səbəb

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub.

Axar.az Report-a istinadən xəbər verir ki, ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında yerli ABC7 telekanalı süjet hazırlayıb.

Xəbərdə bir cinayətkarın hazırladığı terror planından və F.Məmmədovun həmin planı at-üst edən qəhrəmanlığından bəhs olunur. Belə ki, F.Məmmədov iyulun 9-da gecə yarısı müşahidə kamerasında gördüyü terrorçu haqqında 911-ə zəng edərək ABŞ polisinə məlumat verib.

Hadisə yerinə gələn polis əməkdaşları avtomobilində müxtəlif markalı tüfənglər, tapança, əl qumbaraları, narkotik vasitələr gizlədərək kütləvi atəş planı hazırlayan təhlükəli cinayətkarı həbs edib. Polis hesab edir ki, Fərrux Məmmədovun zəngi yüzlərlə insanın həyatını xilas edib. Kempbell Şəhər Polis İdarəsi həmyerlimizə təşəkkür edib.

Tarix
2021.09.18 / 09:19
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla