Yuxarı

Rus şirkətləri Qarabağdakı tikintilərə qoşula bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus şirkətləri Qarabağdakı tikintilərə qoşula bilər

Rusiya tikinti şirkətləri Azərbaycanın azad edilmiş ərazilərində öz həllərini tətbiq edə bilər.

Axar.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Rusiya İxrac Mərkəzinin (RİM) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nuri Quliyev deyib.

Onun sözlərinə görə, hazırda RİM Azərbaycan tərəfindən maliyyələşdirilməsi mümkün olan investisiya layihələrinin açıqlanmasını gözləyir:

"Noyabr ayında biz Bakıda Rusiya şirkətləri üçün "Smart City" biznes missiyasını keçirməyi planlaşdırırıq. Bu tədbirdə 30-dək şirkət iştirak edəcək".

N.Quliyev qeyd edib ki, missiyaya əsasən dəmir yollarının tikintisi və istismarı şirkətləri, iri avtomobil istehsalçıları, tikinti şirkətləri cəlb olunacaq. Bununla belə, əsas diqqət informasiya texnologiyaları sahəsində şirkətlərə veriləcək:

"Bu tədbirin təşkilinin əsas məqsədi Azərbaycanda "ağıllı şəhər"lərin tikintisi ilə bağlı texnologiya və innovasiyaların cəlb olunmasıdır. Qeyd edim ki, biz Azərbaycanın azad edilmiş ərazilərində müasir şəhərlərin tikintisi sahəsində Rusiya həllərini tətbiq edəcəyik".

Tarix
2021.09.18 / 12:49
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Azərbaycana yola düşdü

Düşmənin beli döyüş meydanında qırıldı - Prezident

İlham Əliyev Xankəndidən xalqa müraciət edir - Canlı yayım

Tokayev İlham Əliyevi təbrik etdi

AKP Azərbaycanı təbrik etdi

Azərbaycanın yanında olmaqdan qürur duyuruq - Şərif

Prezident xalqımızın torpaq həsrətinə son qoydu

Dövlət rəsmiləri Zəfər parkında - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla