Yuxarı

Şəhid zabitin xatirəsinə tikilən bulağın açılışı oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhid zabitin xatirəsinə tikilən bulağın açılışı oldu

Xəzər rayonunun Binə qəsəbəsində şəhid leytenant Məhəmməd Zamanlının xatirəsinə tikilən bulağın açılışı olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, nazirliyin rəsmilərinin, Xəzər Rayon İcra Hakimiyyətinin, şəhidin ailə üzvlərinin, döyüşçü yoldaşlarının və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası, eləcə də işğal altında olan tarixi torpaqlarımızın azad edilməsi uğrunda şəhidlik zirəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb, dövlət himni ifa olunub.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin rəisi polkovnik-leytenant İlkin Qayıbov şəhidin qısa, lakin hər bir gənc üçün örnək olan həyat və döyüş yolu barədə ətraflı məlumat verib.

Digər çıxış edənlər Məhəmmədin Vətən müharibəsinin başladığı ilk gündən komandiri olduğu taqımın şəxsi heyəti ilə birlikdə hərbi əməliyyatlarda fəal iştirak etdiyini, şəxsi mərdlik və igidlik nümunələri göstərdiyini qeyd ediblər. Şəhidin yaxınlarına bir daha başsağlığı verib, səbir diləyiblər.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin vətənpərvərlik mövzusunda ifaları tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.

Tarix
2021.09.18 / 18:37
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycana hücumlar fonunda Ərdoğanın bu sözü...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla