Yuxarı

Deputatlar Rusiyada seçkiləri müşahidə etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputatlar Rusiyada seçkiləri müşahidə etdi

Azərbaycan Milli Məclisinin nümayəndə heyəti sentyabrın 17-19-da Rusiya Dövlət Dumasına seçkilərdə müşahidəçi missiyası ilə iştirak edib.

Axar.az-ın məlumatına görə, Azərbaycan müşahidəçi missiyasının tərkibində Moskvada səfərdə olan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov bildirib ki, Rusiya Dövlət Dumasına seçkilərdə 55 ölkədən və 10 beynəlxalq təşkilatdan nümayəndə heyətləri müşahidəçi qismində iştirak edib.

“Azərbaycandan olan müşahidəçilər öz missiyalarını Moskva vilayətində və Moskva şəhərində həyata keçiriblər. Nümayəndə heyətimizin Rusiya Dövlət Duması və Federasiya Şurasının rəhbərliyi ilə görüşləri olub. Missiyamıza Moskva vilayətində videogörüntü rejimində müşahidə etmək imkanı yaradılmışdı. Qeyd edim ki, rəqəmsal videonəzarət sistemi həm Moskva vilayətində, həm də Moskva şəhərində tətbiq edilmişdi. Bundan əlavə, bir sıra seçki məntəqələrində müşahidələr aparmışıq və missiyamız müşahidələrinin nəticələrini yaxın vaxtlarda təqdim edəcək”, - deyə N.Səfərov qeyd edib.

Deputat xatırladıb ki, Rusiya qanunvericiliyinin tələblərinə uyğun olaraq, seçkilərin gedişi ilə bağlı rəy yalnız səsvermə bitəndən sonra təqdim edilə bilər.

N.Səfərov deyib:

“Müşahidə missiyamıza həm MDB İcraiyyə Komitəsi, həm MDB Parlamentlərası Assambleyasının təmsilçiləri daxil idi. İlkin olaraq, müşahidələrimiz əsasında qeyd edə bilərik ki, Rusiyada seçkilər qanunamüvafiq qaydada keçirilib və onları baş tutmuş hesab etmək olar”.

Tarix
2021.09.19 / 22:28
Müəllif
Axar.az
Digər xəbərlər

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlər... - Hulusi Kılıç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla