Yuxarı

Bakıda 15 məktəbə yeni direktor təyin olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 15 ümumi təhsil müəssisəsinə yeni direktor təyin olunub.

İdarədən Axar.az-a verilən məlumata görə, yeni təyinatlar paytaxtdakı 109, 136, 156, 170, 172, 173, 31, 21, 229, 262, 312, 52, 55, 59, 96 nömrəli tam orta məktəblər üzrə müsabiqəyə çıxarılmış vakant vəzifələri əhatə edib.

Yeni təyin olunmuş məktəb rəhbərləri işə qəbul üzrə müvafiq müsabiqənin bütün mərhələlərindən (elektron sənəd qəbulu, test imtahanı, müsahibə və vakansiyalara yerləşdirilmə) uğurla keçmiş şəxslərdir.

Qeyd edək ki, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak ediblər.

Yeni təyin olunmuş məktəb direktorları üçün məktəb idarəetməsinin müxtəlif istiqamətlərinə dair təlimlər keçirilib.

Tarix
2021.09.20 / 11:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla