Yuxarı

Məhkəməni tez bitirin, cəzamı verin – Eldar Həsənov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məhkəməni tez bitirin, cəzamı verin – Eldar Həsənov

12:34

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə Eldar Həsənov ifadəsini davam etdirib.

Sabiq səfir səhhətini xatırladaraq, "Möhtərəm hakim, istəyirəm məhkəmə tez başa çatsın, mən də cəzamı alım” deyib.

Hakim isə “hələ sizin cəza alıb-almayacağınızı bilmirik” deyə cavab verib.

Daha sonra prosesdə Buxarestdəki parkın təmir-bərpa işi ilə bağlı ifadə verən Eldar Həsənov deyib ki, həmin parkın təmiri səfirlik tərəfindən həyata keçirilməyib:

“Parkın təmirini aparan şirkəti şəhər meriyası seçib. Təmir-tikintiyə nəzarəti də XİN-in komissiyası aparırdı. Ən əsası odur ki, abadlaşdırma aparan şirkətin təhvil-təslim aktı yox, meriyanın parkı təhvil götürməsi aktı yox, amma müstəntiq burda yeyinti faktı aşkarlayıb. Hansı əsasla?”

Eldar Həsənov bildirib ki səhhəti imkan vermədiyi üçün ikinci epizod üzrə ifadə verən bilmir.

Proses sentyabrın 24-də davam etdiriləcək.

Tarix
2021.09.20 / 15:42
Müəllif
Axar.az
Digər xəbərlər

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla