Yuxarı

Nazirliyin seçki saxtakarlığı: qanunsuzluğu kim edib?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirliyin seçki saxtakarlığı: qanunsuzluğu kim edib?

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya seçkilər zamanı saxtakarlıq edilib.

Axar.az Bakipost.az-a istinadən xəbər verir ki, iyulun 17-də baş tutan seçkidə kommersiya təşkilatını federasiya kimi qələmə verib, ictimai şuraya üzv seçiblər.

Belə ki, 15 nəfər şura üzvündən biri – Nuranə Şıxəliyevanın namizədliyi Azərbaycan Alpaqut Federasiyası tərəfindən irəli sürülüb.

Araşdırma zamanı məlum olub ki, Azərbaycan Alpaqut adlı Federasiya Ədliyyə Nazirliyinin qeydiyyat sistemində yoxdur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində isə “Alpaqut Turan Döyüş Sistemləri Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti adlı kommersiya təşkilatı var.

Bu halda Alpaqut Federasiyası MMC olmasına baxmayaraq, İctimai Şuraya necə üzv seçildiyi sual doğurur...

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri Azər Əliyev rəsmi sorğuya bu sözlərlə cavab verib:

“Ünvanladığınız sual üçün təşəkkürümüzü bildiririk. Lakin təəssüf ki, sualınızla bağlı bizdə heç bir məlumat yoxdur”.

Alpaqut Federasiyasının İdarə Heyətinin sədri Vasif Namazov təsdiqləyib ki, bu qurum rəsmi qeydiyyata alınmayıb:

“Bizim Federasiya neçə illərdir fəaliyyət göstərir. Hətta 2019-cu ildə Alpaqut üzrə İkinci Dünya Çempionatını da keçirmişik. Bunu mərhum nazir Azad Rəhimov da öz çıxışında qeyd edib. Biz nazirliklə sıx işləyirik, orada akkreditasiyadan keçmişik. Federasiya kimi qeydiyyatdan keçmək üçün sənədlərimizi Ədliyyə Nazirliyinə göndərmişik, amma təəssüf ki, hələ qeydiyyata alınmamışıq”.

Qeydiyyata alınmayan təşkilatın İctimai Şuraya necə seçilməsi sualına isə V.Namazov belə cavab verib:

“Biz həm də Dünya Alpaqut Federasiyasının Azərbaycandakı nümayəndəliyiyik. İctimai Şuraya da sənədələrimizi bu təşkilatın blankında təqdim etmişik”.

Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev açıqlamasında qeyd edib ki, MMC-lər ictimai şuraya namizədlik verə bilməzlər:

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında qanunda 4 qrup göstərilib:

1. Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar),

2. Kütləvi informasiya vasitələri,

3. Həmkarlar ittifaqları,

4. Vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə komitələri.

Orada hansısa kommersiya qurumundan söhbət gedə bilməz. Kommersiya təşkilatlarına MMC-lər, səhmdar cəmiyyətləri daxildir. Onların heç biri ictimai şuraya namizədlik verə bilməzlər. Əgər belə təşkilatlar tərəfindən namizədlik verilirsə, qeydə alınmamalıdır. Hər hansı bir şəxs qeyri-hökumət təşkilatının üzvü oldu və ya olmadı, onu verə bilər. Amma MMC-lər ictimai şuraya namizədlik verə, üzv seçilə bilməzlər. Kommersiya təşkilatları, dövlət və bələdiyyə orqanları, eyni zamanda, dövlət qurumunda çalışan nümayəndə, yəni dövlət qulluqçusu da ictimai şuraya üzv ola bilməz”.

Qeyd edək ki, Alpaqut Federasiyası 2014-cü ildə yaranıb. Federasiyasının prezidenti Qüdrət Nuriyev, birinci vitse-prezidenti Nuranə Şıxəliyevadır.

Onu da bildirək ki, Gənclər və İdman Nazirliyində İctimai Şuraya seçkilər məsələsi nazir müavini İntiqam Babayevin birbaşa nəzarətində olub.

Tarix
2021.09.20 / 15:47
Müəllif
Axar.az
Digər xəbərlər

İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq

Bakı və İrəvan doğru siyasət yürüdür - Papuaşvili

Rusiya vurdu, səfirliyimizə ciddi ziyan dəydi - Video

Bakı məlumat verdi, türk polisi əməliyyat keçirdi - Video

Dövlət idarəçiliyində əsas ölçü meyarı xalqın maraqlarıdır

Mehdiyevlə bağlı gündəmi silkələyəcək ssenari...

Prezident AİB nümayəndə heyətini qəbul etdi

Gizlətmirəm, İlham Əliyevlə bunu müzakirə etdik - Paşinyan

Prezident konfrans iştirakçılarına müraciət ünvanladı

“İsgəndər” qalıqları Azərbaycan səfirliyinin binasına düşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla