Yuxarı

Məktəbə getməyən şagirdlər necə təhsil alacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məktəbə getməyən şagirdlər necə təhsil alacaq?

Koronavirusun çox yayıldığı ərazilərdə övladlarını məktəbə göndərməyən valideynlər uşaqların təhsilinə özləri cavabdehdir.

Axar.az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən açıqlamada koronavirusla bağlı övladını məktəbə göndərmək istəməyən və ya göndərə bilməyən valideynlərin bu barədə iltizam imzalayacaqları bildirilib.

“Eyni zamanda, valideynlər övladının məktəbə gəlmədən təhsilini təmin etmək üçün bütün məsuliyyəti öz üzərinə götürəcək. Bundan başqa, teledərslərin yayımlanması bu tədris ilində də davam edəcək”, məlumatda vurğulanıb.

Qeyd edək ki, Azərbaycanda 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq.

Təhsil Nazirliyinin açıqladığı qaydalara görə, valideynlər iki halda övladlarını məktəbə göndərməyə bilərlər: birinci hal yoluxma sayının yüksək olduğu zonaya görə, ikinci halda isə evlərində koronavirus xəstəsi olan, yaxud hər hansı respirator virus infeksiyası olan valideynlər övladını məktəbə göndərməməlidir.

Tarix
2021.09.21 / 11:27
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla