Yuxarı

Bazarda kartof ucuzdursa, alıcı niyə marketə qaçır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bazarda kartof ucuzdursa, alıcı niyə marketə qaçır?

Son günlər bazarda satılan kartofun qiymətinin marketlərə nisbətən baha olması Bakı sakinlərində narazılıq yaradıb. Sakinlər bildirirlər ki, “8-ci kilometr bazarı”nda Gədəbəy kartofunun 1 kiloqramı 1 manata, İran kartofunun 1 kiloqramı isə 80 qəpiyə satılır. Bu səbəbdən alıcılar marketlərə üz tutur.

Axar.az xəbər verir ki, bəzi satıcılar kartof məhsulunun ötən ilə nisbətən çox olduğunu deyirlər.

Saytımıza məlumat verən Gədəbəy sakini Akif İmanzadə qeyd edib ki, bu il məhsul çox olduğuna görə bazarda kartofu ucuz qiymətə satır:

“Lakin alıcılar kartofu marketdən almağa üstünlük verirlər. Təmiz məhsul əlimizdə qalıb çürüyür. Məhsul boldur. Satış isə ötən ilə nisbətən çox azdır”.

Bəs görəsən sentyabr ayında kartofun marketlərdəki qiymətində dəyişiklik varmı?

Apardığımız sorğuya görə məlum oldu ki, bazarda kartofun topdan satış qiymətləri 0,25-0,63 qəpik arasında dəyişir. “8-ci kilometr bazarı”nda isə hazırda kartofun pərakəndə satış qiyməti 0,50-0,80 qəpikdir.

Dövlət Statistika Komitəsindən saytımıza verilən məlumata görə, 2021-ci ilin yanvar-avqust aylarında kartof sahələrindən 828,1 min ton kartof yığılıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,3% çoxdur. Hektardan orta məhsuldarlıq 173,0 sentner təşkil edib. Bu dövrə qədər əkin sahələrinin 47,9 min hektarında, yəni 85,4%-də yığım aparılıb. Hazırda kartofun topdansatış qiyməti ötən günlərə nisbətən 10-18%-ə qədər endirilib.

Tarix
2021.09.21 / 14:55
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla