Yuxarı

Trofimçuk himnimizdən yazdı: İnanılmazdır...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trofimçuk himnimizdən yazdı: İnanılmazdır...

Azərbaycan Respublikasının Himni dünyada ən yaxşı himndir, ona qulaq asdıqca doumursan.

Axar.az xəbər verir ki, bunu tanınmış rusiyalı politoloq Qriqori Trofimçuk “Azı: Azərbaycanı açaraq” kitabında yazıb.

“Hər ölkə himndən başlayır. Himnlər ölkələrin özləri kimi, hər kəs üçün fərqlidir - bir az daha çox caz, bəzən rəsmi pafos. Ancaq nadir hallarda olur ki, rəsmi tədbirlərdən ayrı olaraq ölkənin əsas melodiyasını dinlədikcə dinləmək istəyirsən. Beləsi praktiki olaraq olmur. Buna görə də Azərbaycan Rus Cəmiyyətinin Konqresi başlamazdan əvvəl Azərbaycanın himninə qulaq asmaq üçün formal olaraq ayağa qalxanda heç bir sürpriz gözləmirdim. Musiqinin ilk notları səslənəndə kürsüyə yenidən necə əyləşəcəyimi unutdum. Bu, Azərbaycanın himni idi. Bu, Xəzər paytaxtında mənim üçün əsl açılış idi. Qəribədir ki, mən bu musiqini ilk dəfədir eşidirdim. Demək olar ki, bu musiqi istəyindən asılı olmayaraq, insanı fiziki olaraq özünə bağlayır, sənə təsir edirdi. Bu himndə hər şey var idi: faciə, güc, əzab, mübarizə, təzyiq, dərinlik. Təbii ki, bizə verilən bukletlərdə himnin tərcüməsi yazılan mətni araşdırmaq istədim. “Azərbaycan! Azərbaycan! Ey qəhrəman övladın şanlı Vətəni”. Bir anlıq fikirləşdim. İnanılmazdır, bu balaca ölkədə belə akkordlar çıxa bilər? Bu, ola bilməz. Bu himn enerjisi ilə imperiyanı özünə çəkir. Dərhal maraqlandım ki, bunu kim bəstələyib. Dedilər, Üzeyir Hacıbəyov. Bəs, o başqa nə yazıb?

Hacıbəyov haqqında hər şey dərhal maraqlı oldu.

Bu insanların belə musiqiləri varsa, demək, bunlar köklü insanlardır. Belə şeyləri yarada biləcək ölkələri barmaqla saymaq olar. Hətta ABŞ belə onlara yaxın gəlmir. Azərbaycan isə dəqiq ilk beşlikdədir”, - politoloq qeyd edib.

Tarix
2021.09.21 / 15:32
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

Prezidentin Naxçıvanda Heydər Əliyevlə bağlı sözləri - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla