Yuxarı

"Azəriqaz"dan sahibkarlara dəstək!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azəriqaz"dan sahibkarlara dəstək!

"Azəriqaz” İstehsalat Birliyinin növbəti “Açıq mikrofon” aksiyası baş tutub.

Axar.az xəbər verir ki, birlik öz səlahiyyətləri çərçivəsində və imkanları daxilində bütün istehlakçılara münasibətdə göstərdiyi dəstəyi təbii qazdan istifadə edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərdən də əsirgəmir. Bu məqsədlə Bakının Zirə kəndində təşkil olunan aksiyada “Səyyar qəbul otağı” istixana sahiblərinin ixtiyarında olub.

Birliyin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov görüş zamanı 30-dək tərəvəz istehsalı ilə məşğul olan istixana sahibinin problemini dinləyib. Çıxış edən sahibkarlar əsasən payız-qış mövsümündə yaşanan təzyiq probleminin həll olunmasını, ötən il istehlak etdikləri qaz sərfiyyatının həcminə görə yaranan borclarla bağlı güzəştlərin olunmasını Birliyin baş direktorunun müavinindən xahiş ediblər. Səsləndirilən suallarla bağlı sahibkarlara ətraflı izahatlar verilib, problemlərin yerindəcə aydınlaşdırılaraq həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, bu “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində təşkil etdiyi sayca 15-ci, sahibkarlarla isə ardıcıl ikinci görüşüdür. Ötən həftə Birliyin baş direktoru Ruslan Əliyev Salyan rayonunda istixana sahibləri ilə görüşərək onların qayğıları ilə maraqlanmışdı. Baş direktor bundan sonra digər regionlarda da istixana sahibləri ilə Birliyin rəhbər şəxsləri arasında mövsümün sonunadək hər ay ən azı bir dəfə görüş keçiriləcəyini bildirmişdi. Birlik tərəfindən sahibkarlara mümkün olan hər bir dəstək verilir və bundan sonra da davam edəcək.

Tarix
2021.09.21 / 17:48
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla