Yuxarı

Qazaxıstan Azərbaycanla aviareysləri bərpa edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazaxıstan Azərbaycanla aviareysləri bərpa edir

Qazaxıstanda COVID-19-un yayılmasının qarşısını almaq üçün idarələrarası komissiyanın iclasında karantin şərtlərinin yumşaldılması qərarı qəbul edilib. Qazaxıstan sentyabrın 27-dən etibarən 16 ölkə - Azərbaycan, Rusiya, Türkiyə, BƏƏ, Özbəkistan, Almaniya, Maldiv adaları, Koreya, Polşa, Macarıstan, İtaliya, Çexiya, Şri Lanka, Çin, Səudiyyə Ərəbistanı və Küveyt ilə aviareyslərin sayını bərpa etmək və artırmaq niyyətindədir.

Qazaxıstan Sənaye və İnfrastruktur İnkişaf Nazirliyindən Axar.az-a verilən məlumata əsasən, Qazaxıstanla Azərbaycan arasında aviareyslərin bərpa olunması üzrə işlər aparılır. Yaxın zamanda bununla bağlı açıqlama veriləcək.

Səhiyyə Nazirliyi ölkədə epidemioloji vəziyyətin sabitləşdiyini, son 2 həftə ərzində xəstələnmə və ölüm səviyyəsinin 60 faiz azaldığını bildirib.

Həmçinin əhalinin yüksək səviyyədə peyvənd olunduğu 30 xarici ölkənin - İtaliya, Hollandiya, Fransa, Almaniya, İspaniya, Yaponiya, BƏƏ, Ərəbistan, Küveyt, Polşa Danimarka, Çili, Macarıstan, Koreya, Çexiya, Bəhreyn, Qətər, Monako, Kipr, İslandiya, Finlandiya, Malta, İsveç, Portuqaliya, Lixtenşteyn, Slovakiya, Lüksemburq, Kanada, Sinqapur və Belçika vətəndaşlarının Qazaxıstana girişi üçün vizasız rejimin yenilənməsinə də qərar verilib.

Tarix
2021.09.21 / 20:26
Müəllif
Axar.az
Digər xəbərlər

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

Ərdoğanı Bakıya gətirən səbəb...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla