Yuxarı

Bakı metropoliteni 20 vaqonu utilizasiya etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı metropoliteni 20 vaqonu utilizasiya etdi

Bakı metrosunda istismar müddəti başa çatdığı üçün xətdən çıxarılan 20 vaqon utilizasiya edilib.

Axar.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, istismar müddəti başa çatan metro qatarlarının utilizasiyası mərhələli həyata keçirilir: "Bakı metropolitenində istismar müddəti başa çatan qatarlar dərhal xətdən çıxarılır və əvəzinə yeni qatarlar xəttə buraxılır. Xətdən çıxarılan qatarlar barədə müvafiq sənədləşmə işləri aparılır və utilizasiya prosesinə başlanılır. Sonra vaqona baxış keçirilir. Bir vaqonun istifadə müddəti 31 ildir. Əgər vaqonun pnevmatik, elektrik və mexaniki hissələrinin istismar müddəti başa çatmayıbsa, həmin avadanlıqlar sökülərək ehtiyat bazada saxlanılır. Bundan sonra vaqon kəsilib doğranılır və metal qırıntısı kimi satılır".

B.Məmmədov bildirib ki, artıq ötən il xətdən çıxarılan 20 vaqon doğranaraq metal qırıntısı kimi satılıb:

"Ötən il xətdən çıxarılan 20 vaqon bu il utilizasiya olunub. Bu il xətdən çıxarılan daha 19 vaqonun utilizasiyası ilə bağlı sənədləşmə prosesinə başlanılıb. Sənədləşmə başa çatandan sonra vaqonlar utilizasiya ediləcək".

Tarix
2021.09.21 / 22:33
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla