Yuxarı

Şənbə günləri də tədris mümkündür - Mehriban Vəliyeva

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şənbə günləri də tədris mümkündür - Mehriban Vəliyeva

Əgər hər hansı məktəbdə həqiqətən də ciddi sıxlıq varsa, bu problemin aradan qaldırılması üçün şənbə günləri də tədrisin həyata keçirilməsi mümkündür.

Axar.az verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

BŞTİ müdiri bildirib ki, şənbə günü ictimai nəqliyyat işləmədiyindən müəyyən problemlər yarana bilər, amma müəssisə rəhbəri sorğu keçirərək işlərini tənzimləyə bilər:

“Yəni direktorlar bu məsələdə müstəqil qərar verə bilər. Sıxlıq olan məktəblərdə təhsil müəssisələrinin rəhbərləri növbəliliyi təmin etmək məsələsində müstəqildirlər. Problemi tənzimləmək üçün tədris prosesini növbəli şəkildə qura bilərlər”.

Mehriban Vəliyeva bildirib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 310 məktəbin hamısında əyani tədris bərpa olunub.

Tarix
2021.09.22 / 09:26
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Rüstəmxanlı: Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla