Yuxarı

Azərbaycanda ermənicə markalanmış məhsullar... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda ermənicə markalanmış məhsullar... - Video

Sumqayıt şəhərinin ən iri ticarət mərkəzlərindən birində erməni dilində markalanmış məhsul satışa çıxarılıb. Ancaq bununla bağlı xəbər yayılan kimi həmin məhsul satışdan yığışdırılıb.

Axar.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, ticarət mərkəzinin dəftərxana ləvazimatları satılan şöbəsində Çinin "Yalong" şirkətinin istehsal etdiyi 48 vərəqli dəftərin arxa hissəsində məhsul haqqında erməni dilində markalanmaya rast gəlinib.

Erməni dilində olan yazıda məhsulun Çinin "Yalong" şirkətinin istehsalı olduğu və Ermənistana ixrac edildiyi barədə məlumat yer alıb. Məhsulun üzərində Azərbaycan dilində heç bir məlumat verilməyib. Halbuki "Dövlət dili haqqında" və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunlara uyğun olaraq Azərbaycana gətirilən məhsullar ana dilində markalanmalıdır.

Məsələ ilə bağlı sözügedən ticarət mərkəzindən bildirilib ki, həmin firma ilə əlaqə saxlanıb və məhsullar da artıq ticarət mərkəzindən yığışdırılıb.

Mövcud vəziyyətlə bağlı Dövlət Gömrük Komitəsindən bildirilib ki, vəziyyətdən xəbərdardırlar və bu haqda araşdırma aparılır.

Tarix
2021.09.22 / 09:38
Müəllif
Axar.az
Digər xəbərlər

Dublində Əliyevlə Paşinyanın görüşü keçirilir - Video

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Rumen Radevlə görüşdü

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak etdi

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla