Yuxarı

Bakıda daha bir yerüstü piyada keçidi inşa edildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda daha bir yerüstü piyada keçidi inşa edildi - Foto

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sifarişi ilə Bakının Ziya Bünyadov prospektində, 9 nömrəli Bakı Peşə Liseyinin qarşısında yeni yerüstü piyada keçidi inşa edilib.

AAYDA-dan Axar.az-a verilən məlumata görə, beynəlxalq standartlara cavab verən müasir texnologiyalar əsasında ekoloji cəhətdən təhlükəsiz və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etməklə yanaşı, özünün memarlıq elementləri, xüsusən gecə görüntüsü ilə şəhərin görkəminə xüsusi rəng qatır.

Müasir görünüşü ilə fərqlənən keçidin ümumi uzunluğu 90,1 metr, qalereyanın uzunluğu 57,1 metr, daxili eni 3,5 metr, keçidaltı qabariti isə 5,8 metrdir.

İki giriş-çıxışdan ibarət olan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılıb. Həmçinin videomüşahidə qurğuları quraşdırılıb ki, bu da fasiləsiz nəzarətə imkan yaradır.

Tarix
2021.09.22 / 12:44
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla