Yuxarı

Bizdə yaxşı əməkhaqqı yalnız o halda olacaq ki... - Merkel

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Almaniyanın federal kansleri vəzifəsini tərk etməyə hazırlaşan Angela Merkel və onu əvəz edəcəyi ən çox ehtimal olunan Armin Laşet bu gün Ştralzunda birgə çıxış ediblər.

Axar.az xəbər verir ki, Merkel öz partiya yoldaşını “Güclü iqtisadiyyatın və etibarlı iş yerlərinin qarantı” adlandırıb.

O qeyd edib ki, ümumi seçkilərdə ilk növbədə Almaniyanın dünyada ən yaxşılar klubunu tərk etməməsi prinsipini rəhbər tutmaq lazım gələcək. “Bizdə yaxşı iş və yaxşı əməkhaqqı yalnız o halda olacaq ki, biz dünyada ən yaxşılar sırasında olaq”, - deyən Merkel almanları Laşeti dəstəkləməyə çağırıb.

Merkel görüşdə iştirak edənlərdən “yaxın illərdə ölkənin firavanlaşmasını təmin etmək və onun təhlükəsizliyini möhkəmlətmək üçün əllərindən gələni etmələrini xahiş edib və onları əmin edib ki, Laşet bu işi görə bilər.

“Pandemiya dövründə borcla yüksək səviyyəyə çatandan sonra maliyyə vəziyyətinin möhkəm olduğu dövrə qayıtmaq lazımdır. Mən qırmızı-yaşıl hökumətin bu addımı atacağını düşünmürəm”, - deyən Merkel seçkilərdən sonra ASDP, Yaşıllar və Sollar koalisiyasından ehtiyatlı olmağa çağırıb.

Laşet isə öz növbəsində qeyd edib ki, daxili və xarici təhlükəsizliyi təmin edən federal hökumətə malik olmaq zəruridir. Daha sonra o Merkelin ehtiyatlı olmaq çağırışını dəstəkləyərək deyib: “Biz hamımız üçün təhlükəsizlik yaradacaq güclü dövlətə can atırıq. Yaşıllar və qırmızılarla bunu etmək mümkün deyil”.

Xatırladaq ki, Almaniyada növbəti seçkilər qarşıdan gələn bazar günü olacaq.

Tarix
2021.09.22 / 20:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla