Yuxarı

Məktəblərdə yoluxmanın artmaması üçün... - İnfeksionist

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məktəblərdə yoluxmanın artmaması üçün... - İnfeksionist

Məktəblərdə yoluxmaların artmaması üçün ciddi nəzarət həyata keçirilməlidir.

Axar.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

T.Eyvazov bildirib ki, məktəblərin açılması təmasların çoxalmasına gətirib çıxaracaq ki, bu da yoluxma hallarının sayının artmasına səbəb ola bilər: “Bunun baş verməməsi üçün müəllim heyətinin əksəriyyəti vaksinasiya olunmalı və məktəblərdə tədris Nazirlər Kabinetinin hazırladığı xüsusu təlimat əsasında aparılmalıdır. Bu məsələdə ciddi nəzarətin olması önəm daşıyır”.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinin I-IV sinifləri üzrə 22 sentyabr 2021-ci il tarixindən ənənəvi şəkildə tədrisə başlanılıb. Bu gün qeyd edilən siniflər üzrə 643 333 nəfər şagird ənənəvi tədrisə başlayıb.

2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird təhsil alacaq.

Tarix
2021.09.22 / 20:54
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla