Yuxarı

4 gənc qadına qarşı soyğunçuluq etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
4 gənc qadına qarşı soyğunçuluq etdi

Ağsu rayon sakini olan bir qadın Kürdəmir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək rayonun Yeni Şıxımlı kəndi ərazisində tanımadığı 4 nəfər şəxsin onun əl-qolunu tutaraq, zor tətbiq etməklə çantasından bir ədəd mobil telefonunu və 83 manat pulunu apardıqlarını bildirib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Axar.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq hadisəsini törətməkdə şübhəli bilinən Yeni Şıxımlı kənd sakini dörd gənc, əvvəllər məhkum olunmuş Loğman Şıxaliyev və Amil Səmidov, Saməddin Həmidov və bir yeniyetmə saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxslər qabaqcadan əlbir olaraq tamah məqsədilə qeyd edilən hadisəni törətdiklərini etiraf ediblər.

Faktla Kürdəmir RPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikası CM-nin 180.2.1-ci və 180.2.4-cü maddələri ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.

Tarix
2021.09.23 / 09:51
Müəllif
Axar.az
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla