Yuxarı

Sənədsiz evlərin sahiblərinə şad xəbər - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sənədsiz evlərin sahiblərinə şad xəbər - Video

Ölkə üzrə sənədsiz fərdi yaşayış evlərinin uçota alınması davam etdirilir. Artıq yüzminlərlə mənzilin inventarlaşdırılması yekunlaşıb.

Axar.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Elşad Məmmədov deyib.

O bildirib ki, inventarlaşdırma işləri başa çatdıqdan sonra aidiyyəti qurumlar tərəfindən nəticələrin təhlili aparılacaq. Bu sahə üzrə qanunvericilikdə dəyişiklərlə bağlı aidiyyəti qurumlara təqdim olunması üçün təkliflər hazırlanacaq.

Elşad Məmmədov vurğulayıb ki, sənədiz evlərin inventarlaşdırması ilə yanaşı, planlama işləri də həyata keçirilir. Xidmət nümayəndəsi ötən il evlərin uçota alınmasında yaranan ləngiməni pandemiya ilə əlaqələndirib.

Xidmət rəsmisinin sözlərinə görə, sənədsiz evlər yerində uçota alınır. Bu səbəbdən də vətəndaşların hər hansı idarəyə getməsi tövsiyə olunmur.

E.Məmmədov əlavə edib ki, əvvəlki illərdə tikilmiş bəzi çoxmənzilli binalar üzrə 100 minə yaxın mənzilin dövlət qeydiyyatına alınması təmin edilib. Sənədsiz fərdi yaşayış evlərinin uçota alınması prosesinn yaxın zamanlarda yekunlaşdırılması nəzərdə tutulur.

Tarix
2021.09.23 / 10:30
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla