Yuxarı

Mediasiya Şurasının iclası keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatı çərçivəsində mübahisələrin məhkəmədən kənar həllində mühüm vasitə olan mediasiya institutu yaradılıb, onun fəaliyyətinin təmin edilməsi üçün qanunvericilik bazası formalaşdırılıb, Mediasiya Şurası təsis edilərək fəaliyyətə başlayıb.

Axar.az xəbər verir ki, 250-dək mediatoru birləşdirən Şuranın videokonfrans formatında geniş iclası keçirilib.

Mediasiya institutunun faktiki olaraq fəaliyyət göstərdiyi 2 ayadək müddət ərzində bu sahədə mühüm təşkilati tədbirlərin həyata keçirildiyi, mediasiyanın tətbiqi ilə bağlı 4 000-dən çox müraciətə baxıldığı bildirilib.

İclasda həmçinin Şuranın ilkin fəaliyyət nəticəsi müzakirə olunub.

Qeyd edilib ki, ədalət mühakiməsinin həyata keçirilməsi və məhkəmələrin iş yükünün azaldılmasında mühüm rolu olan mediasiyanın ilkin təcrübəsinin öyrənilməsi və bu institutun səmərəliliyinin artırılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən Mediasiya Şurası və digər aidiyyəti qurumlarla birgə məhkəmələrdə monitorinqlərin keçirilməsi təşkil olunub.

Monitorinqlər zamanı bir sıra çatışmazlıqlar, o cümlədən işlərin bölüşdürülməsi qaydasında qüsurlar, bu sahədə müstəsna əhəmiyyəti olan «Mediasiya.org» portalının funksionallığının artırılması ehtiyacı və s. aşkar edilib.

Tədbirdə həmin hallar diqqətə çatdırılıb, onların aradan qaldırılması üçün tədbirlər müəyyən edilib, o cümlədən “qaynar xətt”in yaradılmasının zəruriliyi bildirilib.

Tarix
2021.09.24 / 00:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla