Yuxarı

Bu şəxslərin axtarışına MN əməkdaşları cəlb olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 30-da itkin düşən Daşkəsən rayonunun Alaxançallı kənd sakinləri - 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun axtarışları davam etdirilir.

Axar.az xəbər verir ki, bu barədə Bakipost.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məlumat verib.

DİN rəsmisi bildirib ki, sözügedən şəxslərin tapılması istiqamətində Kəlbəcər rayonu ərazisində intensiv axtarış işləri həyata həyata keçirilir: "Ehtimal olunur ki, itkin düşən şəxslər dumanlı hava şəraitində azaraq kəndlə sərhəd olan Kəlbəcər rayonu ərazisinə keçiblər. Hazırda axtarış aparılan ərazilər həddən artıq minalanmış sahələr olduğu üçün işlərin həyata keçirilməsində ləngimələr yaranır".

E.Qasımov qeyd edib ki, itkin düşmüş şəxslərin tapılması üçün aidiyyəti qurumlardan əlavə Müdafiə Nazirliyinin də əməkdaşları axtarışlara cəlb olunub.

Qeyd edək ki, İsmət Bayramov və Ülfət Rüstəmov iyulun 30-da at gətirmək adı ilə kənd ərazisindəki otlaq sahəsinə gedib və bir daha geri qayıtmayıblar.

Xatırladaq ki, Daşkəsən rayonunun Alqxançallı kəndinin yuxarı hissəsi İkinci Qarabağ müharibəsindən əvvəl Ermənistanla təmas xəttində neytral zona olub.

Tarix
2021.09.24 / 10:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla