Yuxarı

Fiziki infrastruktur üzrə işçi qrupunun iclası keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fiziki infrastruktur üzrə işçi qrupunun iclası keçirildi

Nazirlər Kabineti yanında Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın fiziki infrastruktur üzrə işçi qrupunun videoformatda iclası keçirilib.

Axar.az bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, iclasda Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri, komissiyanın katibliyinin rəhbəri Vüsal Şıxəliyev və İşçi qrupunun üzvləri iştirak edib. Tədbirdə işçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planının yanvar-iyun ayları üzrə icra vəziyyəti müzakirə olunub.

İşçi qrupunun rəhbəri, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Rövşən Rüstəmov giriş sözü ilə iclası açaraq işçi qrupunun 2021-ci il üçün təsdiq olunmuş Fəaliyyət Planının icrasından irəli gələn məsələlər və qarşıda duran vəzifələr haqqında iştirakçıları məlumatlandırıb. Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin vaxtında, keyfiyyətli və koordinasiyalı icrasının təmin edilməsi məqsədilə işçi qrupu çərçivəsində zəruri işlərin bundan sonra da həyata keçiriləcəyini diqqətə çatdırıb.

V.Şıxəliyev isə çıxışında Fiziki infrastruktur üzrə işçi qrupunun Fəaliyyət Planının detallı tədbirlərdən ibarət çoxəhatəli sənəd olduğunu, plan üzrə görülmüş işlərin iclas zamanı bir daha qiymətləndirilməsinin aparılmasını, qarşıda duran vəzifələrə diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra Fəaliyyət Planının icrası ilə bağlı NRYTN, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərenerji ASC və Azərbaycan Dəmir Yolları QSC-nin nümayəndələri təqdimatla çıxış ediblər.

Tarix
2021.09.24 / 16:21
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin sosial media hesablarında AQEM-lə bağlı paylaşım - Video

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla