Yuxarı

FHN-in axtarış-xilasetmə dəstəsi Şimali Makedoniyada

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun Avro-Atlantik Fəlakətlərin İdarə Olunması Mərkəzi və Şimali Makedoniya Respublikasının birgə təşkilatçılığı ilə sentyabrın 20-dən 23-dək fəlakət nəticələrinin idarə olunması sahəsində “Şimali Makedoniya – 2021” təlimi keçirilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, təlimin əsas məqsədi fövqəladə hallara hazırlıq və onların qarşısının alınması, cavabvermə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsinin təkmilləşirilməsi, eləcə də NATO-nun Təhlükəsizlik və Sülh üçün Elmi Proqramı tərəfindən hazırlanmış “Yeni Nəsil Fəlakətlərin İdarəedilməsi Sistemi”nin (NICS) Şimali Makedoniyada sınaqdan keçirilməsi olub.

Beynəlxalq təlimdə NATO-ya üzv və tərəfdaş ölkələrin axtarış-xilasetmə komandaları, beynəlxalq təşkilatların, Şimali Makedoniyanın dövlət və qeyri-hökumət orqanlarının nümayəndələri iştirak ediblər. Təlimdə ölkəmizi FHN-in Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyevin rəhbərlik etdiyi nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin bir qrup üzvü və fəxri qonaq qismində Mülki müdafiə işinin təşkili Baş idarəsinin Mülki müdafiə tədbirlərinin təşkili idarəsinin rəisi polkovnik Fərhad Səmədov təmsil ediblər.

Şimali Makedoniyanın ərazisi üçün xarakterik olan təbii fəlakət və qəzaların baş verməsi ssenarisinə əsaslanan təlimin açılış mərasimində bu ölkənin daxili işlər naziri Oliver Spasovski, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri Stojanç Angelov və NATO baş katibinin əməliyyatlar üzrə müavini Con Monaza çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, təlimdə iştirak edən ölkələrə təşəkkürlərini bildiriblər.

Şimali Makedoniyanın Ohrid və Struqa şəhərlərində keçirilən təlimlər zamanı şəhər və dağlıq ərazilərdə axtarış-xilasetmə əməliyyatları, daşqın hadisələrinə, kimyəvi, bioloji və radioaktiv xarakterli qəzalara reaksiya verilməsi üzrə idarəetmə və koordinasiya qruplarının, komanda və ekspertlərin birgə fəaliyyəti nümayiş etdirilib.

FHN Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin üzvləri təlimlərdə əsas planlaşdırma qrupunda və sahə əməliyyatlarını koordinasiya mərkəzində yer almaqla yanaşı, qiymətləndirici qismində də uğurla iştirak ediblər. Bundan əlavə, FHN-in əməkdaşları masaüstü təlimdə də fərqləniblər.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Tarix
2021.09.24 / 21:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla