Yuxarı

Polisdən əməliyyat: saxlanılanlar var - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsi və Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Mərdəkan qəsəbələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 7 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, əməliyyat zamanı əvvəlcə Mərdəkan qəsəbəsi sakini Məlik Əliyev tutularaq istintaqa təqdim edilib. Onun üzərindən 2 qrama yaxın heroin, yaşadığı evdən isə 13 kiloqram 452 qram marixuana aşkar edilib.

Məlik Əliyev bir müddətdir ki, narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğunu və evindən aşkar edilən marixuananı əkdiyi çətənə kollarını qurudandan sonra əldə etdiyini bildirib.

Həyata keçirilən digər əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 6 nəfər – Emil Abdullayev, Uruf Balayev, Kamal Əskərov, Elvin Mehtiyev, Bəxtiyar Əskərov və Valid Qurbanov da saxlanılaraq ərazi üzrə Polis Şöbəsinə gətiriliblər. Bu şəxslərdən külli miqdarda heroin və metamfetamin aşkar edilib. Saxlanılan şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Faktlarla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Narkotik vasitələrin Xəzər rayonu ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Tarix
2021.09.24 / 21:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla