Yuxarı

1,5 litr koka-kola içən gənc öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
1,5 litr koka-kola içən gənc öldü

Çində 22 yaşlı gənc litr yarım koka-kolanı 10 dəqiqəyə içəndən bir sutka sonra gözlənilmədən ölüb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Deyli Meyl” yayıb.

Adı açıqlanmayan çinlinin koka-kolanı içəndən 6 saat sonra kəskin qarın ağrısı ilə xəstəxanaya müraciət etdiyi bildirilir. O deyib ki, koka-kolanı qısa müddətdə, sərinləmək üçün içib.

Həkimlərin yardımına baxmayaraq, 12 saatdan sonra onun vəziyyəti ağırlaşıb, 6 saat sonra isə ölüb.

Mütəxəssislərin fikrincə, çinli kolanı çox tez içdiyi üçün bədənində həddindən artıq miqdarda karbon qazı yığılıb və bu da qaraciyərdə oksigen çatışmazlığına səbəb olub.

London Universiteti Kollecinin mütəxəssisi Natan Devis isə Çin həkimlərinin qənaətini doğru saymayıb. Onun fikrincə, ölümə səbəb bədəndə qaz yığılmasına gətirib çıxaran bakterial infeksiya ola bilər.

Tarix
2021.09.25 / 02:18
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla