Yuxarı

Məşhur türk hərbi eksperti Paşayeva ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur türk hərbi eksperti Paşayeva ilə görüşdü

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva məşhur türkiyəli hərbi ekspert Abdullah Ağarla görüşüb.

Axar.az xəbər verir ki, Milli Məclisdə baş tutan görüşdə Q.Paşayeva A.Ağarın 44 günlük Azərbaycan Vətən Müharibəsi vaxtı, eləcə də postmüharibə dövründə verdiyi mənəvi və informasiya dəstəyini minnətdarlıqla qeyd edib:

“Siz həmişə Azərbaycanla, ümumən türk ölkə və topluluqları ilə qardaşlıq bağlarının daha da möhkəmlənməsinə çalışmış, bu sahədə öz töhfələrinizi vermisiz.

Bir daha Sizə təşəkkürlərimi yetirirəm. Xahiş edirəm, bizim salamlarımızı ailənizə, doğmalarınıza, kollektivinizə və gözəl ölkənizə çatdırasız!”

Görüşdə qardaş ölkələrimiz arasında işbirliyinin, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığın günbəgün inkişaf etməsindən məmnunluq ifadə olunub.

Mədəniyyət Komitəsində baş tutan görüşdə bu il imzalanmış Şuşa Bəyannaməsindən irəli gələn vəzifələrin yazarların, mədəniyyət xadimlərinin də üzərinə mənəvi məsuliyyət qoyduğu deyilib; humanitar sahədə əməkdaşlığın genişlənməsinin xalqlarımızın qardaşlığına, strateji əməkdaşlıq ruhuna cavab verdiyi, daha böyük işlər üçün potensialın mövcud olduğu vurğulanıb.

Komitə sədri onu da vurğulayıb ki, müəllifi olduğu “Addım-addım Türkiyə” çoxcildliyinin ilk cildi artıq çap prosesindədir: “Mən bu əsəri könlümün istəyi ilə qələmə almışam. “Addım-addım Türkiyə” çoxcildliyinin siz türkiyəli aydınlarımızın da xoşuna gələcəyinə ümid edirəm”.

Görüşdə ASELSAN-ın əməkdaşı Özgür Kürüm iştirak edib.

Qardaş ölkənin aydınları görüş və fikir mübadiləsi üçün Komitə sədrinə təşəkkür edib.

Tarix
2021.09.26 / 22:28
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla