Yuxarı

Yeni binalarda niyə mərkəzi istilik sistemi yoxdur?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni binalarda niyə mərkəzi istilik sistemi yoxdur?

Yeni tikililərin əksəriyyətində mərkəzi istilik sisteminin olmaması bir sıra problemlərə gətirib çıxarır.

Axar.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, bu gün Bakı-Abşeron və Sumqayıt ərazisində 2000-ə yaxın yeni tikili bina var və bunların əksəriyyətində mərkəzi istilik sistemi yoxdur:

"90-cı illərə kimi tikilən binaların əksəriyyətinin ümumi mərkəzi istilik sistemi var idi. Məsələn, bir istixana tikilirdi və ondan 30-40 bina yararlanırdı. Amma bu gün hər MTK istixananı özü tikməlidir. Birincisi, bunun avadanlığı çox bahadır, digər tərəfdən "Azəriqaz" hüquqi şəxslərə qazı daha baha qiymətə satır. Qazanxana da bir-iki bina üçün olduğundan maya dəyəri çox baha başa gəlir. Hesab edirəm ki, mərkəzi istilik sistemləri ümumi qurulmalıdır".

Ekspert yeni tikililərdə mərkəzi istilik sisteminin olmamasının vətəndaşlara və ekologiyaya da böyük zərər vurduğunu deyib:

"Mərkəzi istilik sisteminin olmadığı yeni tikililərdə vətəndaşlar məcburən evlərini və sularını isitmək üçün kombi aparatından istifadə edirlər. Təsəvvür edin ki, minlərlə mənzildə bu aparatlardan quraşdırılıb. Bu, vətəndaşın qaz və su sərfiyatının artmasına gətirib çıxarır. Digər tərəfdən həmin aparatlardan çıxan zəhərli qazlar ekologiyanı korlayır. Bu aparatlar əsasən eyvanlarda quraşdırıldığından həmçinin bir qonşudan digərinə gedir və beləliklə insanların da sağlamlığına böyük zərər vurur".

Tarix
2021.09.26 / 23:22
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkian Azərbaycanla əlaqələrdən danışdı

Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... – Ekspert

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla