Yuxarı

Cəlilabadda qeyri-adi təbiət hadisəsi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda 5,2 kiloqramlıq turp çıxarılıb.

Cəlilabad rayonu, Uzuntəpə kənd sakini Elçin Nuruyevin əkin sahəsində qeyri-adi təbiət hadisəsi baş verib. Topaq sahəsində 3 ay öncə turp əkən E.Nuriyev bir neçə gün əvvəl məhsul yığımına başlayıb. Turp çıxaran zaman belin topağın altında nəyəsə ilişdiyini hiss edən kəndli həmin ərazini qazmağa başlayıb. Elə bu vaxt torpağın altındakı maneənin nəhəng turp olduğunu görüb.

E.Nuriyev əvvəlcə yerdən çıxan "bədheybət"in turp olduğunu bilməyib. Bu tapıntıya baxmaq üçün həmkəndlilərini dəvət edib. Birlikdə müəyyən ediblər ki, yerdən çıxan bu məhsul doğrudan da turpdur, amma daha çox çuğundura bənzəyir.

Turp çıxarılan zaman hələ bir hissəsi yerdə qalıb. Çıxarılan hissənin çəkisi isə 5 kiloqram 200 qram gəlib. Bu da 100-ə yaxın turpun çəkisinə bərabərdir. Bu turpun üzərində bir yox, üç zoğ birləşməsi var.

Mütəxəssislər hesab edirlər ki, bitkilərdə təsadüfi hallarda rast gəlinən kökün şəklinin dəyişməsi bitki toxumunun düşdüyü münbit şəraitdən asılı olur. Ehtimal olunur ki, turpun toxumları genetik dəyişikliyə məruz qalan toxumlardandır. (Trend)

Tarix
2014.01.07 / 21:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla