Yuxarı

Əsədov Fuad Oqtaya məktub ünvanladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Baş naziri Əli Əsədov Anım Günü münasibətilə Türkiyənin vitse-prezidenti Fuad Oktaya məktub ünvanlayıb.

Nazirlər Kabinetindən Axar.az-a verilən məlumata görə, məktubda sentyabrın 27-sinin Azərbaycanda Anım Günü kimi qeyd edildiyi bildirilərək düz bir il bundan əvvəl Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı nəticəsində mülki şəxslər və hərbi qulluqçular arasında itkilərimizin olduğu vurğulanıb.

Bu namərd təxribata cavab olaraq təcavüzə birdəfəlik son qoymaq məqsədilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Qəhrəman Azərbaycan Ordusunun tarixi Zəfər yürüşünə başladığı, 44 gün ərzində düşmən ordusunu məhv edərək əzəli torpaqlarımızı işğaldan azad etdiyi qeyd olunub.

Vətən Müharibəsində Azərbaycana verilən böyük dəstəyə görə qardaş Türkiyəyə dərin təşəkkür ifadə edilib.

Müharibənin ilk saatlarından Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan, vitse-prezident Fuat Oktay da daxil olmaqla Türkiyə rəhbərliyinin və bütün qardaş türk xalqının Azərbaycanla həmrəy olmasının ölkəmizin öz haqq işində yalnız olmadığını dünyaya göstərdiyi bildirilib.

Fuat Oktayın çoxsaylı açıq və sərt bəyanatlarının, məsələyə qəti və birmənalı münasibətinin Azərbaycanda böyük minnətdarlıq və iftixar hissi ilə qarşılandığı, əsl qardaşlıq nümunəsi kimi dəyərləndirildiyi vurğulanıb.

Bildirilib ki, qardaş Türkiyənin siyasi və mənəvi dəstəyi düşmən üzərində şanlı Qələbənin qazanılmasında önəmli rol oynamış, Azərbaycan ilə Türkiyənin “Bir millət, iki dövlət” şüarı ilə hər zaman bir-birinin yanında olduğunu, birliyimizin və qardaşlığımızın sarsılmazlığını bir daha nümayiş etdirib.

Eyni zamanda, Azərbaycanın da, öz növbəsində, həm sevincli, həm də kədərli günlərdə daim Türkiyənin yanında olduğu qeyd edilib.

Tarix
2021.09.27 / 16:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla