Yuxarı

2000-dən çox şəhid haqqında məqalə yaradılıb - Eltürk

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanca Vikipediya icmasının istifadəçiləri tərəfindən onlayn ensiklopediyada şəhidlərimiz haqqında doğma dilimizdə məqalə yaradılması prosesi davam edir. Həmçinin xarici dil bölmələrində Vətən müharibəsinə aid məqalələr yaradılır və təkmilləşdirilir.

Bu barədə Axar.az-a Vikipediya üzrə mütəxəssis, araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

“Bu günədək 2000-dən çox Vətən müharibəsi şəhidi haqqında məqalə yaradılıb. Eyni zamanda, hazırda İkinci Qarabağ müharibəsi, döyüş və əməliyyatları, hərbçiləri, Vətən müharibəsi qəhrəmanları və şəhidləri haqqında xarici dillərdəki Vikipediyada məqalələrin yaradılması davam edir. Qeyd edək ki, Vətən müharibəsi başlanan gündən “viki” könüllülər səfərbər olmuşdular. Düşmənin informasiya müharibəsində bizə qarşı apardığı təxribatlarının qarşısını almaq üçün gecə-gündüz çalışır, həmçinin onlara faktlarla tutarlı cavablar verirdilər. Azərbaycanca Vikipediya icmasının üzvləri hər zaman şəhidlərimiz haqqında məqalələrin yaradılmasını diqqətdə saxlayırlar”, - E.Eltürk bildirib.

Tarix
2021.09.27 / 16:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla