Yuxarı

AQTA-nın “damazlıq yumurta”sı dilçiləri çaşdırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəqin ki, Qida Təhlükəsizliyi Agentliyinin press-relizlərində “damazlıq yumurta” ifadəsinə tez-tez rast gəlirsiniz.

Damazlıq dedikdə – döl verməyə yarayan, döl vermək üçün saxlanılan, döllük, cins nəzərdə tutulur. Bəs bu ifadəni yumurta üçün işlətmək nə dərəcədə doğrudur?

Axar.az olaraq, mövzu ilə bağlı AMEA Nəsimi adına Dilçilik İnstitutuna və bir neçə dilçi alimimizə üz tutduq. Olduqca maraqlı cavablarla qarşılaşdıq. Bəziləri ilk dəfədir “damazlıq yumurta” ifadəsini eşitdiklərini, bəziləri ifadə haqqında məlumatsız olduqlarını və izahlı lüğətə baxmağımızı (yəqin hörmətli dilçimiz lüğət barədə məlumatsızdır, çünki lüğətdə belə bir ifadə yoxdur), bəziləri isə bu sualı ancaq təsərrüfatla məşğul olan şəxslərin cavablandıra biləcəklərini dedi.

Bir sözlə, sualımız cavabsız qaldı. Əgər dilçilərimiz Azərbaycan dilinin düzgün işlədilməsinə dair monitorinq aparmırsa, sözlərimizin bəzilərinin mənası və düzgün ifadəsi barədə xəbərsizdilərsə, o zaman medianın dil normalarını pozmasını hansı əsasla müəyyən edirlər?

İndi isə gələk mövzumuzun əsas məğzinə. “Damazlıq yumurta” nə deməkdir?

Qeyd etdiyimiz kimi, “damazlıq” dedikdə döllük, cins nəzərdə tutulur. Bəs toyuqların kürt düşəndə (bəzən “qırt yatmaq” da deyilir) üzərinə yatdığı və cücənin çıxması üçün yararlı yumurta necə adlanır?

Toyuğun qırt düşəndə üzərinə yatdığı yumurta “mayalı”, yaxud da “toxumlu yumurta” adlanır. Yəni yumurta “damazlıq” olmur, “mayalı” (mayalanmış, “xoruzlu yumurta”) və ya “toxumlu” olur.

Ümid edək ki, Qida Təhlükəsizliyi Agentliyi bundan sonra “damazlıq yumurta” ifadəsindən istifadə etməyəcək.

Tarix
2021.09.28 / 16:10
Müəllif
Zeynəb Əkbər
Şərhlər
Digər xəbərlər

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla