Yuxarı

Millət vəkili UNESKO-nun konfransında çıxış etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının UNESKO üzrə Milli Komissiyası, UNESKO yanında Daimi Nümayəndəliyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və UNESKO-nun tərəfdaşlığı və təşkilatçılığı ilə “Nizami Gəncəvi İli” çərçivəsində “Təhsil və gender bərabərliyi Nizami Gəncəvi fəlsəfi prizmasından” adlı virtual konfrans keçirilib.

Axar.az xəbər verir ki, ölkəmizin UNESKO yanında Daimi Nümayəndəliyinin rəhbəri, səfir Elman Abdullayevin moderatorluğu ilə keçən konfransda mədəniyyət nazirinin I müavini, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin icraçı direktoru Elnur Əliyev, UNESKO Baş direktorunun təhsil üzrə müavini Stefaniya Cianini, UNESKO Baş direktorluğu yanında Gender bərabərliyi şöbəsinin direktoru Cəmilə Seftaui, Azərbaycanın UNESKO üzrə Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev və Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva açılış nitqi söyləyiblər.

Vebinarda Nizami Gəncəvi irsini araşdıran azərbaycanlı və beynəlxalq tədqiqatçılar – Kembric Universitetinin Asiya və Orta Şərq araşdırmaları fakültəsinin professoru Kristin van Rumbeke, ABŞ-ın Prinston Universitetinin professoru Maykl Barri və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının sədri, Bakı Slavyan Universitetinin professoru Rəhilə Qeybullayeva böyük mütəfəkkir və şairin yaradıcılığına dair elmi araşdırmalardan söz açıblar.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva öz çıxışında mütəfəkkir şairin yararıcılığı, bu unikal yaradıcılıqda qadına bəslənən xeyirxah münasibət barədə fikirlərini bölüşüb. O, Azərbaycanın hələ XII yüzildə Nizami Gəncəvi kimi bir düha yetişdirdiyini və dünyada ilk dəfə qadına ən yüksək yaradıcı münasibətin də məhz Nizaminin əsərlərində öz əksini tapdığını vurğulayıb. Q.Paşayeva Nizami irsinin təbliğ və tərənnümünün bəşəri məzmun daşıdığını deyib.

Komitə sədri çıxışında Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələrinə toxunaraq, körpələrə, gənc qızlara, hamilələrə və qoca qadınlara amansız işgəncələr verən bir zehniyyətin XX yüzilin sonu - XXI yüzilin əvvəllərində də mövcud olmasının bəşər sivilizasiyasının indiki inkişaf mərhələsi ilə təzad təşkil etdiyini söyləyib.

Tarix
2021.09.28 / 16:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla